"Sumqayıt" məğlubiyyətlə başladı

"Sumqayıt" məğlubiyyətlə başladı
Futbol
317
08 İyul 2024 - 00:05

Supersport.Az xəbər verir ki, "Sumqayıt" FK "Orenburq"la yoxlama oyunu keçirib.

Yeni mövsüm üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" FK bu gün ilk yoxlama oyununu keçirib. Azərbaycan klubu Rusiya Premyer Liqası təmsilçisi "Orenburq"la üz-üzə gəlib. Qızılcahamam stadionunda keçirilən qarşılaşmada rəqib komandanın 2:1 hesablı qələbəsi qeydə alınıb. "Sumqayıt" FK-nın qoluna ilk hissədə Nihad Əhmədzadə imza atıb.

Digər xəbərlər