Millimizin rəqibi belçikalıları şoka saldı

Futbol
405
18 İyun 2024 - 01:00
Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin ilk turunun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, bu gün D və E qruplarında üç qarşılaşma keçirilib.
Günün ilk oyununda Rumıniya yığması Ukrayna seçmə komandasına 3 qolla dərs verib.
Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Slovakiya Avropa çempionatında Belçikanı məğlub edib.
Fransa Avstriyaya öz qapısına vurduğu qolla qalib gəlib.
Avro-2024
D qrupu
23:00. Avstriya - Fransa 0:1
Qol: Vöber 38-öz qapısına.
E qrupu
17:00. Rumıniya - Ukrayna 3-0
Qollar: Stançiu 29, Razvan Marin 53, Denis Draquş 57.
20:00. Belçika - Slovakiya 0:1
Qol: Şrants 7