AFFA-nın rəsmisi Sərxan Hacıyev: "Fernando Santos məğlubiyyəti qəbul etmir" - Video

AFFA-nın rəsmisi Sərxan Hacıyev: "Fernando Santos məğlubiyyəti qəbul etmir" - Video
Futbol, Video
237
13 İyun 2024 - 13:31

Supersport.Az Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin fikirlərini videogörüntüyə alıb.

"Fernandu Santuş dünyaca məşhur məşqçidir və bir sıra nailiyyətlər əldə edib. Yunanıstan yığmasında öz layihəsini həyata keçirərək komandanı 2014-cü ildəki dünya çempionatına daşıyıb. Həmçinin 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazandırıb. Məğlubiyyəti qəbul etməyən mütəxəssisdir. Bu kimi bəzi məqamlar qərar verilərkən İcraiyyə Komitəsi tərəfindən nəzərə alınıb. Tərəflər arasında qarşılıqlı etimad var. Uğurlu əməkdaşlıq olacağına və uzunmüddətli perspektivdə müsbət nəticələr əldə ediləcəyinə inanırıq. Əsas məqsəd AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etməkdir".

Digər xəbərlər