AFFA prezidenti Rövşən Nəcəf Fernandu Santuşu qəbul etdi

Futbol
310
13 İyun 2024 - 21:21
Superport.Az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ilə görüşüb.
Görüşdə milli komandanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.