İspaniya, İtaliyadan qələbə

Supersport.Az xəbər verir ki, bu gün Avropa çempionatında I turun daha 3 qarşılaşması olub.
Günün ilk oyununda Kölndə Macarıstan və İsveçrə komandaları meydana çıxıblar. "A" qrupunun matçında macarlar məğlubiyyətlə barışıb.
B qrupunun ilk görüşü isə paytaxt Berlində İspaniya və Xorvatiya seçmələri arasında oynanılıb. İspanlar 3 qolla qələbə qazanıb.
Günün son oyununda isə İtaliya Albaniyaya qalib gəlib.
Qeyd edək ki, çempionatın açılış matçında Almaniya millisi Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib.
AVRO-2024
A qrupu, I tur
15 iyun
17:00. Macarıstan - İsveçrə 1:3
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.
B qrupu, I tur
20:00. İspaniya - Xorvatiya 3:0
Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin, Olimpiya stadionu
B qrupu, I tur
23:00. İtaliya - Albaniya 2:1
Baş hakim: Feliks Çvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park" stadionu