"Qarabağ" yeni qolkiperlə uzunmüddətli müqavilə imzaladı

Futbol
412
10 İyun 2024 - 21:49
Supersport.Az xəbər verir ki, yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.
Azərbaycan çempionuyla Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında 3 illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi "Vizela" olub. O, bunadək karyerasına başladığı Almaniyanın "İnqolştadt" klubunda forma geyinib.
Qeyd edək ki, Ağdam klubunu yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.