"Qarabağ" Andrey Lunyovu da göndərdi

Futbol
364
04 İyun 2024 - 21:32
Supersport.Az xəbər verir ki, "Qarabağ" qapıçısı Andrey Lunyovla yollarını ayırıb. 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.
2023-cü ilin yayından komandamızda çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey "Qarabağ"la Azərbaycan çempionu və kubokunun qalibi olub.
Lunyova göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.