"Qarabağ" Kadini qaytara bilər - braziliyalı futbolçu Bakıda

"Qarabağ" Kadini qaytara bilər - braziliyalı futbolçu Bakıda
Futbol, Eksklüziv
312
09 May 2024 - 09:01

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Krasnodar"da çıxış edən Kadi Borges "Qarabağ"a qayıda bilər. 

Braziliyalı futbolçu artıq Bakıya gəlib.

Ağdam klubunun 28 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə cəlb edəcəyi gözlənilir.

Kadi "Qarabağ"dan ayrılarkən paylaşımında "Daha sonra yenidən görüşmək diləyi ilə. Əsla vida olmayacaq" sözlərini yazmışdı. 

Kadi Borges Ağdam klubunda 74 oyunda 28 qol vurmuş, 28 məhsuldar ötürmə vermiş, ölkə çempionu, kubokun qalibi, çempionatın bombardiri və mövsümün ən yaxşı oyunçusu olmuşdu.

Xatırladaq ki, Kadi ötən ilin birinci ayında "Krasnodar"a keçib, 2026-cı ilin iyununadək müqavilə imzalanıb.

Futbolçunun transfer qiyməti 3,5 milyon avrodur.




 

Digər xəbərlər