"Qarabağ" autsayderlə oyunda xallar itirdi, "Zirə"dən "Neftçi"yə dərs

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçirilir.
Supersport.Az xəbər verir ki, əvvəlcə çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib. Oyun 2:2 hesablı bitib.
Əyalət tənsilçisi məğlub olsa, yarış cədvəlində sonuncu olması rəsmiləşəcəkdi.
Avropa kuboklarına vəsiqə üçün mübarizə aparan “Zirə” ilə “Neftçi”nin oyunu daha böyük maraqla gözlənilirdi. Bir xal fərqlə qonşu pillələrdə qərarlaşan rəqiblər meydana qələbə üçün çıxıblar. "Zirə" azlıqda qalsa da, 3:1 hesablı qələbə qazanıb.
Turun ilk matçında “Sumqayıt” “Turan Tovuza”u 4:1 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
XXXI tur
20 aprel
16:30. "Qarabağ" – "Qəbələ" 2:2
Baş hakim: Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu
19:00. "Zirə" – "Neftçi" 3:1
Baş hakim: İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 12 qol
Yassin Benzia ("Qarabağ") - 11 qol
Nəriman Axundzadə ("Qarabağ") - 10 qol