Qurban Qurbanov: "Neftçi"nin çempionluğuna dair mənə heç nə deyilməyib" - Video
Futbol, Eksklüziv, Video, Populyar
24 Mart 2019 - 22:59
Supersport.Az "Zirə"yə yoxlama oyununda qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bəzi fikirlərini videogörüntüyə alıb.
Təcrübəli mütəxəssis deyib ki, qarşılaşma faydalı olub:
"Bizim üçün vacib matç idi. Hazırda yığmaların oyunları keçirildiyi üçün düşərgədə əsas heyətdən cəmi 10 futbolçumuz var. Yoxlama görüşü olsa da, oyunçular məsuliyyətli idilər. Hər iki komanda üçün çox faydalı oldu".
Çempion məşqçi, Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsində Xorvatiyaya məğlub olduğu qarşılaşma barədə danışıb:
"Normal oyun oldu. İlk matçda futbolçuların istəkli olduqları hiss edilirdi. Çətin oyun olsa da, layiqli mübarizə apardılar".
- Heyət seçimi və ya taktiki baxımdan sizin üçün gözlənilməz nəsə oldu?
- Hər hansı fikir bildirməyim doğru olmaz. Təcrübəli məşqçidir, ən doğrusunu etməyə çalışıb.
- Yığmaya rəhbərlik etdiyiniz vaxt Maksim Medvedevdən mərkəz müdafiəçisi qismində yararlanırdınız. Ancaq xələfiniz Nikola Yurçeviç onu sağ cinahda saxlayıb, mərkəzdə gənc Rahil Məmmədova şans verdi...
- Rahil mənim dönəmimdə də mərkəz müdafiəçisi kimi oynamışdı. "Qarabağ"da həmin mövqedə çıxış edir.
- Milli bu oyunla Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilər?
- Yenə deyirəm, fikir söyləmək düzgün olmaz. Çox istəkli idilər. Milliyə uğurlar arzulayıram.
- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib ki, cari mövsümdə "Neftçi" çempion olacaq. Bununla bağlı fikriniz necədir?
- Mənə heç nə deyilməyib. Belə bir fikir oxumamışam.
- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Rəqib uzun müddətdir qələbə qazana bilmir...
- Çətin olacaq. Çünki rəqib qalib gəlməyə çalışacaq. Yəqin ki, fasilədən maksimum yararlanmağa çalışıblar. Bizim üçün asan olmayacaq.