İsmayıl İsmayılov: "Yaponlarla hazırlaşmayın, "kitabınız bağlanacaq" - Video

İsmayıl İsmayılov: "Yaponlarla hazırlaşmayın, "kitabınız bağlanacaq" - Video
Olimpiya, Digər, Eksklüziv, Tribuna, Video, Tokio-2020
09 Fevral 2019 - 07:07
"Tokio Olimpiadasına gedən yol" rubrikası

Supersport.Az-ın məlumatına görə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançılara mühüm məsləhətlər verib.

Mütəxəssis, ilk növbədə Tokio Olimpiadasına lisenziya qazanmağın mühüm olduğunu diqqətə çatdıraraq, bildirib ki, rəqib komandalarla hazırlıq keçmək yığmaların ziyanına ola bilər:

"Hər bir ölkə öz məqsədini güdür və idmançılarının uğurlarına çalışır. Yaponlar bizim güləşçiləri, cüdoçuları, karateçiləri ölkələrinə dəvət edirlər. Məqsəd idmançılarımızın bütün keyfiyyətlərini öyrənib onları məğlub etməkdir. Yaponlarla hazırlaşmayın, "kitabınız bağlanacaq". Bütün məsələlərə ağıllı yanaşma olmalıdır".

Nazir müavini, idmançılarda bir sıra çatışmazlıqlar olduğunu qabardaraq, problemlərin həll olunmasının vacibliyini qeyd edib:

"İdmanda uğurlar qazanmaq üçün bir sıra faktorlar var. İlk növbədə psixoloji hazırlığa, həmçinin qidalanmaya xüsusi diqqət yetirilməlidir. Həyəcan olması enerji itkisinə səbəb olur, nəticədə idmançının gücünün çox hissəsi azalır".

İ.İsmayılov hesab edir ki, bəzi sirlər gizli saxlanılmalıdır:

"Texniki, taktiki hazırlıq da mühümdür. Tokio Olimpiadası çox çətin olacaq. Buna görə də lisenziya qazanmaqla yanaşı, bəzi sirləri gizli saxlamaq lazımdır. İdmançıların qələbəsində güclü rəqabət, dözümlülük, əzmkarlıq, mübarizlik keyfiyyətləri də xüsusi rol oynayır".


 

 

Digər xəbərlər