"Arsenal" "Qarabağ" qarşısına gəncləri çıxaracaq

"Arsenal" "Qarabağ" qarşısına gəncləri çıxaracaq
Maqazin, Futbol
12 Dekabr 2018 - 22:57

Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah "Qarabağ"ı sınağa çəkəcək "Arsenal"ın baş məşqçisi Unay Emeri mətbuat konfransında bu haqda bildirib.


İspaniyalı mütəxəssis Azərbaycan klubu ilə görüşdə daha çox gənc futbolçulara şans vercəyini qeyd edib:


"Bizim məqsədimiz qrupda birinci olmaq idi. Bunu da bacardıq. Lakin "Qarabağ"a hörmətlə yanaşırıq. 10 gündə 4 qarşılaşma keçirəcəyik. Avroliqa qarşılaşmasında bəzi gənc futbolçularla oynayacağıq. Hansı ki, onların 23 yaşı tamam olmayıb. Loran Koselni də sabah meydanda olacaq. Uzun müddət zədədən əziyyət çəkdiyi üçün oyun təcrübəsi qazanmasını istəyirəm. Onun fiziki formasını görməliyik ki, həftə sonu "Sauthempton"la Premyer Liqa matçında meydana çıxıb-çıxmayacağına qərar verə bilək"



Emeri deyib ki, komandanın liderlərindən olan Məsut Özil də 18-likdə yer alacaq.



"Arsenal" "Qarabağ"la oyunda 7 gənc futbolçu - Dominik Tompson, Coe Uillok, Eddi Nketiya, Zek Medli, Çarli Gilmor, Tayris Con-Jül və Bukayo Sakanın xidmətindən istifadə etməyi düşünür.


Digər xəbərlər