Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinqi açıqlanıb.
Supersport.Az-ın “World Coach Ranking” saytına istinadən yaydığı xəbərə görə, siyahıda Azərbaycandan 2 məşqçi – Qurban Qurbanovla Roberto Bordin yer alıb.
“Qarabağ”ın əsas çalışdırıcısı Qurban Qurbanov 1077 xalla 461-cidir. O, ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.
Qeyd edək ki, reytinqə “Barselona”nın baş məşqçisi Ernesto Valverde (14925 xal) başçılıq edir. “Real Madrid”ın sabiq baş məşqçisi Zinəddin Zidan 2-ci (14113 xal), “Atletiko”nun çalışdırıcısı Diqeo Simeone (13008 xal) isə 3-cüdür.