"Qarabağ"ın xahişi nəzərə alındı

"Qarabağ"ın xahişi nəzərə alındı
Futbol
12 Sentyabr 2018 - 16:44
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək "Sumqayıt" – "Qarabağ" oyunu ilə bağlı müəyyən dəyişiklik edilib.

Ağdam klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sportinq"ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün Sumqayıt komandasıyla matçın təbii örütüklü "Azersun Arena"da keçirilməsini xahiş edib. "Qarabağ"ın rəsmi müraciətini və "Sumqayıt"ın razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının IV turunun "Sumqayıt” – “Qarabağ" matçının 14 sentyabr saat 20:00-da "Azersun Arena"da keçirilməsinə qərar verib. 
IV turda meydan sahibi kimi "Qarabağ", hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda "Sumqayıt" təsdiq edilib.

Çempionatda növbəti turun oyun cədvəli açıqlanıb.

14 sentyabr (cümə)

“Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”, 20:00

15 sentyabr (şənbə)

“Səbail” – “Zirə”
“Bayıl Arena”, 20:30

16 sentyabr (bazar)

“Sabah” – “Qəbələ”
“Əlincə Arena”, 19:00

“Neftçi” – “Keşlə”
“Bakcell Arena”, 21:00

Digər xəbərlər