Ronaldo: "Azərbaycana da oxşar qol vurmuşam" – Video

Ronaldo: "Azərbaycana da oxşar qol vurmuşam" – Video
Futbol, Video
04 Aprel 2018 - 11:59
Supersport.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Real Madrid"in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a 3:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu 2-ci qolu şərh edərkən Portuqaliya yığmasında Azərbaycana vurduğu qolu xatırlayıb.

Ronaldo yığmanın heyətində 2008-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qapısına aşırma zərbə ilə vurduğu qolu xatırlayıb: "Bir dəfə də belə qol vurmuşdum. 2006-ci ildə keçirilən görüşdə top qapı tirinə dəyib, içəri daxil olsa da, qol sayılmamışdı".

Digər xəbərlər