İki boksçumuz yarımfinalda

İki boksçumuz yarımfinalda
Digər, Boks
30 Mart 2018 - 21:47
Supersport.Az-ın məlumatına görə, Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri başa çatıb. Azərbaycan millisinin 2 üzvü yarışın yarımfinal mərhələsinə vəsiqə əldə edib.

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 1/2 finala gedən yolda almaniyalı Hamzet Şadalovu (Almaniya) mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 3:2 hesabı ilə məğlub edib. Əliyev yarımfinalda ispaniyalı Xose Giles Brotonsla qarşılaşacaq.

Əliyevlə yanaşı, Məhəmməd Abdullayev (+91 kq) də özü üçün ən azı bürünc medalı təmin edib. O, 1/4 finalda Camili-Dini Aboudo-Moindzeyə (Fransa) 4:1 hesabı ilə qalib gəlib. Abdullayev növbəti qarşılaşmasında italiyalı Aziz Abbes Muhidinlə üz-üzə gələcək.

Yarımfinal döyüşləri martın 31-də, finallar isə aprelin 1-də olacaq.

Digər xəbərlər