Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Çelsi” itkiylə üzləşib.
Belçika yığmasının düşərgəsində ciddi xəsarət alan Mişi Batşuayi isə bir neçə həftəlik sıradan çıxıb. Bu o deməkdir ki, “Çelsi”nin hücumçusu noyabrın 22-də Bakıda “Qarabağ”la keçiriləcək qarşılaşmanı buraxmalı olacaq.
Hazırda komanda daha çox ispan forvard Alvaro Morata ümid bəsləyir.