Ramil Quliyev: "Ərdoğan kimi prezident yoxdur"

Ramil Quliyev: "Ərdoğan kimi prezident yoxdur"
Atletika, Digər
10 Noyabr 2017 - 22:08
Supersport.Az-ın məlumatına görə, Türkiyəyə dünya çempionluğu qazandıran azərbaycanlı atlet Ramil Quliyev açıqlama verib.

Tanınmış idmançı, prezident Rəcəb Tayyib Ərdoğanın onu təbrik etməsini başqa idmançıları təəccübləndirdiyini bildirib.

"Yarışdan sonra prezidentimiz mənimlə əlaqə saxlayıb təbrik etdi. Çox şad oldum. Belə şəxsin təbrik etməsi çox vacibdir. Digər ölkələrin idmançıları mənimlə görüşəndə bu haqda soruşan da prezident Ərdoğanın maraqlandığını dedim, çox təəccübləndilər. "İdman sizdə çox sevilir? Bizdə belə deyil" dedilər. Bu hər ölkədə olmur. Bunun bizə böyük təsiri olur".

R.Quliyev, deyib ki, əfsanə atlet Useyn Bolt Londonda 200 metr məsafəyə qaçışda yarışsaydı, yenə çempion olardı:

"Bolt olsa da, mütləq birinci olardım. Onun vəziyyəti yaxşı deyildi və yarışa qatılmadı. Mən daha uğurlu nəticələr əldə etməyə çalışmalıyam. 200 metr məsafəyə mübarizədə yaxşı qaça bilməsəm də, çempionluq üçün kifayət etdi. İndi daha böyük uğur - olimpiya çempionluğunu qazanmaq istəyirəm. Bunun üçün bütün varlığımı sərf edirəm".

 

Digər xəbərlər