Taekvondo yığmamızdan uğurlu nəticə - Foto

Taekvondo yığmamızdan uğurlu nəticə - Foto
Digər, Taekvondo, Foto
06 Noyabr 2017 - 12:01
Avropa Taekvondo Birliyinin təşkilatçılığı ilə Cənubi Kiprin Larnaka şəhəri "Kision Athletic Center" arenasında keçirilən gənclər arasında qitə birinciliyi başa çatıb.

Sayca 21-ci olan və 700-dən çox taekvondoçunun qatıldığı yarışda gənclərdən ibarət milli yığma komandamız uğurlu çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıb. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrindən Bəhruz Quluzadə (-45 kq) qızıl medal, Cavad Ağayev (-63 kq) isə bürünc medala sahib olub.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə qitə birinciliyində iştirak edən komandamız noyabrın 7-də 01:20 radələrində vətənə dönəcək.

 

 

Digər xəbərlər