Bakı, yoxsa Madrid? - UEFA qərar verəcək

Bakı, yoxsa Madrid? - UEFA qərar verəcək
Futbol
20 Sentyabr 2017 - 16:00
Supersport.Az-ın məlumatına görə, bu gün İsveçrədə UEFA-nın 13-cü Növbədənkənar Konqresi və İcraiyyə Komitəsinin iclası işə başlayıb.

Cenevrə şəhərində keçirilən konqresə Avropa futbol qurumuna 55 üzv milli assosiasiyadan nümayəndələr qatılıblar. AFFA-nı prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir.

İcraiyyə Komitəsində Azərbaycanın üçün mühüm məsələlərlə bağlı qərarlar da qəbul olunacaq. İlk növbədə, 2018-2019 mövsümündə kişilər arasında Çempionlar Liqası, eləcə də Avropa Liqasının finalı və UEFA Super Kubokuna ev sahibliyi edəcək şəhərlər müəyyənləşəcək. AFFA da 14 ərizəsi təsdiqlənmiş 10 milli assosiasiya arasındadır. Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasının final qarşılaşmalarına keçirməyə namizədliyi verilib. Çempionlar Liqasının final matçına İspaniyanın paytaxtı Madriddəki "Metropolitano", Avropa Liqasının həlledici görüşünə isə İspaniyanın Sevilya şəhərindəki "Xuan Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərindəki "Vodafone Arena" da iddialıdır.

Qeyd edək ki, İcraiyyə Komitəsinin yığıncağından sonra, Bakı vaxtı ilə təxminən 19:30-da başlayacaq mətbuat konfransında UEFA qərarları açıqlayacaq.

Digər xəbərlər