Supersport.Az-ın məlumatına görə, İspaniya çempionatının 5-ci turunda “Barselona” “Eybar”a futbol dərsi keçib.
Bu qarşılaşmada 6:1 hesabıyla qalib gələn Kataloniya klubundan Lionel Messi 4, Paulinyo və Denis Suares hərəyə 1 qol vurub.
“Barselona” 15 xalla liderliyini davam etdirib, 13-cü yerdəki “Eybar” isə 6 xalda qalıb.