Ramil Quliyevin dünya çempionatında final arzusu

Ramil Quliyevin dünya çempionatında final arzusu
Atletika, Digər
09 Avqust 2017 - 00:01
Supersport.Az-ın məlumatına görə, İngiltərə paytaxtı Londonda atletika üzrə dünya çempionatında Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev yarımfinala vəsiqə qazanıb.

İdmançı 200 metr məsafəyə seçmə mərhələdə 20.16 saniyə göstəriciylə birinci olub.

Keçmiş Avropa çempionu Kristof Lemaitre ilə yanaşı yarışan 27 yaşlı Ramil favoritlərdən sayılır.

"İnşAllah yarımfinalda problem olmasa, finala çıxacağam. Həlledici mərhələ çox çətin keçəcək. Ancaq əlimdən gələnin ən yaxşısını edəcəyimə kimsənin şübhəsi olmasın.

Yarış əvvəli tək başına qaçan kimi davranıram. Yaxınlığımda birinin olmadığını düşünürəm və bu şəkildə köklənirəm.

Bu məsafədə favoritlərdən yamaykalı olimpiya çempionu Useyn Bolt yarışmaqdan imtina edib, kanadalı Andre De Qrasse zədələndiyi üçün çempionata qatılmayıb.

Kişilərin mübarizəsində karyerasında bir Olimpiada, iki Avropa, bir dünya çempionatı finalı olan Ramil Quliyev, ikinci dünya çempionatı finalına yüksəlmək üçün bugün axşam yarışacaq.

Digər xəbərlər