"Real Madrid"ə qarşı oynayan müdafiəçi "Qarabağ"a keçir

"Real Madrid"ə qarşı oynayan müdafiəçi "Qarabağ"a keçir
Futbol
01 İyul 2017 - 22:12
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" heyətinə daha bir futbolçu cəlb edəcək.

Beşqat Azərbaycan çempionu təcrübəli müdafiəçi Yakub Rzejniçakla razılığa gəlib. 31 yaşlı futbolçu "Legiya" klubunda və Polşa yığmasında çıxış edib. Müdafiəçinin Varşava təmsilçisiylə 1 illik müqaviləsi olsa da, azad agent kimi komandanı tərk edib. "Qarabağ" Rzejniçakla 2 illik müqavilə imzalayacaq.

Məlumatı azerifootball.com saytı yayıb.

Futbolçu Polşa yığmasının heyətində 9 oyunda iştirak edib.

Ötən mövsüm Rzejniçak Çempionlar Liqasının qrup turnirində 5 qarşılaşmada mübarizə aparıb, "Borussiya", "Real Madrid" və "Sportinq"ə qarşı oynayıb. Polşa çempionatında 19 oyunda meydana çıxıb.

 

Digər xəbərlər