Supersport.Az-ın məlumatına görə, sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Firdovsi Umudov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin sərəncamı ilə mükafatlandırılıb.
“Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini olan təcrübəli çalışdırıcıya general-polkovnik “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.
Bu şərəfə o, İslam Oyunlarında pəhləvanlarımızın uğurlu çıxışına əsasən layiq görülüb.