İslamiada: Azərbaycan medal siyahısında birinci oldu - Foto

İslamiada: Azərbaycan medal siyahısında birinci oldu - Foto
İslamiada-2017
22 May 2017 - 19:21


Supersport.Az-ın məlumatına görə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ölkəmiz medal siyahısında birinci olub.

İlk yarış günlərində ən çox qızıl medal qazanan Türkiyə komandasının hegemonluğuna Azərbaycan idmançıları son qoyub.

Dünən futbol turnirində Oman üzərində qalib gələn ev sahibləri aktivlərinə ən yüksək əyarlı 75-ci medalı yazdılar.

Bu zaman Türkiyə atletlərinin qazandığı qızıl medalların sayı 68 idi. Türklər bu gün tennis və uşu yarışlarında fəxri kürsünün zirvəsinə qalxmaqla fərqi 4-ə endirdilər.

Azərbaycan son yarış gününü qızıl medalsız başa vurub. Lakin uşuda finala çıxan təmsilçilərimizdən hər üçü məğlub olaraq gümüşlə kifayətləndilər.

İran komandası qızıl medalların sayını 39-a çatdırmaqla İslamiadanı üçüncü pillədə yekunlaşdırıb.

İlk beşlikdə qərarlaşan digər iki ölkə Özbəkistan (15 qızıl) və Bəhreyndir (12 qızıl).

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının 2021-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər