Mayın 21-də İslamiadanın futbol yarışında keçiriləcək Azərbaycan – Oman oyununun vaxtı dəyişdirilib.
Qarşılaşma saat 20:00-da deyil, 21:00-da başlayacaq.
Bu qərar, yayımçıların final yarışını yayımlamaq haqqında istəyini və Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunun daha çox tamaşaçı tərəfindən izlənilməsini təmin etmək məqsədilə verilib.