Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçildi

Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçildi
Atletika, Digər
02 May 2017 - 00:31
Mayın 1-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının (AAF) hesabat-seçki konfransı keçirilib.

Supersport.Az-a Milli Olimpiya Komitəsindən verilən məlumata görə, konfransda federasiyanın hesablama komissiyasının məlumatları təqdim olunub.

Daha sonra AAF-in prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Azərbaycan Atletika Federasiyası IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır. Federasiya İslamiadada 30 idmançı ilə təmsil olunacaq.

Atletikanın inkişafı istiqamətində Federasiya tərəfindən həyata keçirilən tədbirlərdən danışan AFF prezidenti deyib:

"Qurumun uğuru Avropa Atletika Federasiyası ilə sıx əlaqədardır. Federasiyanın böyük uğurlarından biri Nazim Babayevin yeniyetmələr arasında qazandığı medaldır. Azərbaycan Atletika Federasiyası artıq 7 ildir "Good Standing Federations" siyahısında öz yerini tutub".

Sonra federasiyaya prezident seçkiləri keçirilib. Çingiz Hüseynzadə yenidən AAF-in prezidenti seçilib. Firat Hüseynov vitse-prezident, Məhərrəm Sultanzadə baş katıb, Kamal Əhmədov isə icraçı direktor seçiliblər.

 

Digər xəbərlər