“Atletiko” futbolçusu Lukas Hernandeslə yeni müqavilə imzalayıb.
Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı müdafiəçiylə müqavilənin müddəti 2022-ci ilin yayınadək uzadılıb.
Qeyd edək ki, Madrid klubunun yetirməsi olan fransalı futbolçu bu mövsüm ümumilikdə 20 oyunda meydana çıxıb.