İslamiadaya qatılacaq yığmamızın növbəti sınağı

İslamiadaya qatılacaq yığmamızın növbəti sınağı
Karate, Digər
13 Aprel 2017 - 00:14
Supersport.Az-ın məlumatına görə, kişilərdən ibarət əsas milli komandanın üzvləri 14-16 aprel tarixlərində Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının növbəti Premyer Liqa turnirində iştirak edəcək.

Bu nüfuzlu yarışa 8 idmançımız yollanır. Federasiyanın 1-ci vitse-prezidenti və milli komandanın baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov Premyer Liqada əsasən 4-cü İslam Həmrəyliyi Oyunlarında çıxış edən heyətin mübarizə aparmasına üstünlük verib.

Komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə idmançılarımızdan Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (87 kq) və Asiman Qurbanlı (+84 kq), həmçinin legionerlərimiz İrina Zaretska (-68 kq) və Dorota Balciarova (kata) Mərakeşə yola düşür.

Yarışda ölkəmizdən referi kimi beynəlxalq hakim Cahangir Babayev iştirak edəcək.

Beynəlxalq reytinq xalları verən bu nüfuzlu yarışa 47 ölkədən 547 idmançı qatılacaq.

Bu gün səfərə çıxan heyət 5 gün sonra Bakıya dönəcək.

Digər xəbərlər