Paytaxtın ən güclü samboçuları kimlər oldu?

Paytaxtın ən güclü samboçuları kimlər oldu?
Digər, Sambo
30 Mart 2017 - 20:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda 11 çəki dərəcəsi üzrə 142 nəfər idmançı mübarizə aparıb.

Yekun nəticələrə əsasən  yarışda 32 kq çəki dərəcəsində I yerə Fərid Zərbəliyev (Neftçi İKİB), 35 kq çəki dərəcəsində I yerə Rüfət Novruzəliyev (Neftçi İKİB), 38 kq çəki dərəcəsində I yerə Teyyub Abdullayev (9№-li UGİM), 42 kq çəki dərəcəsində I yerə Musaxan Gülməmmədov (Neftçi İKİB), 46 kq çəki dərəcəsində I yerə Mövlan Nadirov (11№-li UGİM), 50 kq çəki dərəcəsində I yerə Əkbər Mustafayev (Yasamal Sambo İK), 54 kq çəki dərəcəsində I yerə Sübhi Süleymanlı (Yasamal Sambo İK), 59 kq çəki dərəcəsində I yerə Əli Şahbazzadə (11№-li UGİM), 65  kq çəki dərəcəsində I yerə Nicat Əlizadə (11№-li UGİM), 71 kq çəki dərəcəsində I yerə Əli Hümbətov (Yasamal Sambo İK), +71 kq çəki dərəcəsində I yerə Ələkbər Bağırlı (Neftçi İKİB) layiq görülüblər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Digər xəbərlər