Təyyarə qəzasında futbolçularını itirən “Şapekoense” klubuna yardım məqsədi ilə braziliyalı futbolçulardan təşkil edilmiş komandalar arasında yoldaşlıq oyunu keçirilib.
Supersport.Az-ın məlumatına görə, Neymarın da çıxış etdiyi oyunda maraqlı hadisə yaşanıb. Neymarla daha çox üz-üzə gələn rəqib futbolçusu Fred onun qarşısında diz çökərək yalvarıb. Rəqib müdafiəçisi Neymardan onu çox biabır etməməsini xahiş edib.
Bununla belə, Neymar rəqibini qeyri-adi fəndlə keçib.