Olimpiya çempionlarının təqaüdü artırıldı

Olimpiya çempionlarının təqaüdü artırıldı
Olimpiya, Digər
23 Dekabr 2016 - 21:04


Dövlət başçısı İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Prezidentin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.

Supersport.Az-ın xəbərinə görə, Azərbaycanın olimpiya çempionlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Prezidentin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.

Qeyd edək ki, bu Fərmana qədər təqaüd 1000 manat təşkil edirdi.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Digər xəbərlər