GÜLƏŞÇİMİZ ÜÇQAT OLİMPİYA ÇEMPİONUNA UDUZDU

GÜLƏŞÇİMİZ ÜÇQAT OLİMPİYA ÇEMPİONUNA UDUZDU
Olimpiya, Rio-2016, Digər
18 Avqust 2016 - 18:07


Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında qadın sərbəs güləşçilərin yarışı başa çatacaq.

Supersport.Az-ın məlumatına görə, Avropa çempionumuz Nataliya Sinişin (53 kq) mübarizəyə qoşulub.

Rioda 1/8 final mərhələsində debüt edəcək sərbəst güləşçimiz 3 qat Olimpiya və 13 qat dünya çempionu olan Yaponiya idmançısı Saori Yoşida ilə qarşılaşıb və məğlub olub - 0:4. Amma əgər Yoşida finala çıxsa, bu halda Sinişinin bürünc medal uğrunda yarışa biləcək.

Qeyd edək ki, qadınlardan ibarət güləş yığmamızın 2 üzvü artıq olimpiadada çıxışını başa vurub. 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik gümüş medal qazanıb. 58 kq çəkidəki təmsilçimiz Yuliya Ratkeviç 5-ci yerlə kifayətlənib.

Digər xəbərlər