“Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında tarix yazdı.
Supersport.Az-ın məlumatına görə, bu, liqanın 1/4 finalında “Volfsburq”a qarşı cavab matçında (3:0) baş verib. Oyunda üç qol vuran portuqaliyalı hücumçu ÇL tarixində 1 mövsümdə 3 het-trik edən edən ilk futbolçu olub.
Bundan başqa, K.Ronaldo ÇL tarixində iki mövsüm 15 qol səddini aşan ilk oyunçudur.
Qeyd edək ki, ÇL-in bombardiri olan Ronaldo sözügedən turnirdə vurduğu qolların sayını 93-ə yüksəldib.