RUSİYA ÇEMPİONATINDA KÜTLƏVİ DAVA - VİDEO

RUSİYA ÇEMPİONATINDA KÜTLƏVİ DAVA - VİDEO
Futbol, Video
17 Mart 2016 - 00:22
Rusiyada Milli Futbol Liqasının 26-cı turunun “Sibir” (Novosibirsk) - “Torpedo” (Armavir) oyunu kütləvi dava ilə başa çatıb.

Supersport.Az xəbər verir ki, martın 16-da Novosibirskin “Zarya” arenasında keçirilən oyun 2:2 hesabı ilə yekunlaşıb.

“Torpedo”nun heyətində Roman Qriqoryan və Jan-Jak Buqui fərqlənib. Hər iki top 11-metrlik zərbədən vurulub.

Matçın 90-cı dəqiqəsində meydanın mərkəzində futbolçular arasında dava baş verib. Qarşılaşmanın hakimi İqor Nizovçev məşqçilərin köməyi ilə vəziyyəti nəzarətə ala bilib.

Digər xəbərlər