Fərid Qayıbov millimizin zəif çıxışından danışdı

Digər, Taekvondo
02 İyun 2023 - 11:31
Supersport.Az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Bakıda təşkil edilən taekvondo üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin çıxılarına münasibət bildirib.
F.Qayıbov uğursuzluqda heyətdə edilən dəyişikliklərin təsiri olduğunu qeyd edib.
"Dünya çempionatı böyük tədbirdir, 140-dan çox ölkənin ən güclü taekvondoçuları bura gəliblər. Olimpiada öncəsi ən mötəbər yarışdır. Təəssüf ki, indiyə qədər mübarizəyə qoşulan idmançılarımız medal qazana bilməyiblər. Yığmanın heyətində bəzi dəyişikliklər edilib, yeni taekvondoçular var. Əlbəttə ki, hamımız uğurlu nəticə olmasını istərdik. Bəlkə də, idmançılarımız həyəcanlı olurlar. Bunun səbəbi barədə daha çox məşqçilərimiz danışa bilər. Hamını taekvondoçularımızı dəstək olmağa çağırıram".