"Qarabağ"da iki ayrılıq

"Qarabağ"da iki ayrılıq
Futbol
31 May 2023 - 13:07
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" iki futbolçuyla vidalaşıb. Ağdam klubu müqaviləsi başa çatan Ramil Şeydayev və Filip Ozobiçlə yolları ayırıb.

Ölkə çempionu onlara xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən "Qarabağ"ın formasını geyinib. Ramil Şeydayev isə 2017/2018 mövsümündə və 2021-ci ildən komandanın uğurları üçün çalışıb.

Digər xəbərlər