Supersport.Az-ın məlumatına görə, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində “Raiffeisen Arena”da keçirilmiş Avstriya – Azərbaycan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandanın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.
İtaliyalı çalışdırıcı, məğlubiyyətin səbəbini açıqlayıb:
“İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq. İkinci qoldan sonra isə inamı itirdik. Son dəqiqələrədək çətin oldu bizə. Çox əziyyət çəkdik.