Mahir Emrelinin komandası böyük məbləğdə cərimələndi

Mahir Emrelinin komandası böyük məbləğdə cərimələndi
Futbol
24 Mart 2023 - 21:41
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" klubu böyük məbləğdə cərimə olunub.

Supersport.Az xəbər verir ki, buna səbəb Super Liqanın 26-cı turunun "Qalatasaray"la oyununda baş verən hadisələrdir. Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "ağ-yaşıllar"ı 612 min 500 TL (54 min 757 manat) məbləğində cərimələyib.

"Konyaspor" bu cəzaya etiraz edib. Super Liqa təmsilçisinin rəsmi saytından edilən açıqlamada bildirilib ki, qərardan Arbitraj Məhkəməsinə şikayət olunacaq.

Qeyd edək ki, "Konyaspor" "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edərək "sarı-qırmızılar"ın Super Liqada 14 oyunluq qələbə seriyasına son qoymuşdu. Mahir Emreli həmin görüşdə sarı vərəqə ilə cəzalandırılmışdı.

Digər xəbərlər