"Madridə şübhəylə gedirik"

"Madridə şübhəylə gedirik"
Futbol
20 Mart 2023 - 14:00

Supersport.Az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ötən gecə La Liqanın 26-cı turunda "Barselona"ya məğlub olduqları matç (1:2) barədə fikirlərini bildirib.


"Matçın sonunda hər şeyi sınadıq, amma konsentrasiyanı itirdik və qol buraxdıq. Çox yaxşı oyun gedirdi. Qarşılaşma sona qədər bərabər və gərgin keçdi. Qələbə qazanacağımıza inanırdıq".


Mütəxəssis 81-ci dəqiqədə futbolçusu Marko Asensionun vurduğu qolun ləğv edilməsiylə bağlı şübhəli olduqlarını deyib.


Bizim hələ də həmin qol zamanı ofsayd olduğuna şübhə edirik. 100 faiz əminlik yoxdur. Madridə şübhə ilə gedirik.


Düzünü desəm, məğlubiyyətə layiq deyildik. 2022-ci il dünya çempionatında ofsaydlar çox aydın idi, amma burada hələ də şübhələrim var. DÇ-2022-dən sonra yanvar ayı bizə baha başa gəldi. Amma indi hər şey qaydasındadır. "Real"ın mövsümü yaxşı başa vuracağını düşünürəm .


Qarşılaşmalara yaxşı hazırlıq bizim prioritetimizdir. Bu, mövsümü yaxşı başa vurmağın yeganə yoludur".

Digər xəbərlər