67 ölkədən 1169 idmançının iştirak etdiyi turnirində klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edəcək. Karateçilərimizi milli komandanın məşqçilərindən Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev və Akif Kərimov müşayiət edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olacaq.
Məlumat milli qurumun media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov verib.