Nazir Fərid Qayıbov "Qarabağ"ın uğur qazanacağına inanır

Nazir Fərid Qayıbov "Qarabağ"ın uğur qazanacağına inanır
Futbol
23 Fevral 2023 - 18:19
Supersport.Az-ın məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Gent"in qonağı olacaq "Qarabağ"la bağlı paylaşım edib. Qurum rəhbəri "İnanırıq" sözünü qeyd edib.

Xatırladaq ki, "Qarabağ" Bakıda keçirilən ilk oyunda "Gent"i 1 qolla məğlub edib. Azərbaycan komandasına mərhələ adlamaq üçün bu gün səfərdə baş tutacaq matçda heç-heçə də kifayət edəcək.

 

Digər xəbərlər