Ölkəmiz 4-cü yeri tutdu

Ölkəmiz 4-cü yeri tutdu
Digər, Cüdo
05 Fevral 2023 - 21:55
Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəni başa vurub. 



Supersport.Az xəbər verir ki, təmsilçilərimiz yarışda ümumilikdə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.

Son medalı Zelim Kotsoyev əldə edib. O, bürünc mükafata yiyələnib.

Gənclər arasında Avropa və dünya çempionu olan 25 yaşlı idmançı 100 kq çəki dərəcəsində fəxri kürsüyə qalxıb. Sedrik Olivar (Fransa) və Mərt Şişmanlar (Türkiyə) üzərində qələbədən sonra 1/4 finalda Cafar Kostoyevə (Birləşmiş Ərəb Əmirlikləri) məğlub olan Kotsoyev təsəlliverici dueldə özbəkistanlı Musafferbek Turoboyev, bürünc medal görüşündə isə belçikalı Toma Nikiforovdan güclü olub.

+100 kq. çəkidə Camal Qamzatxanov və Uşanqi Kokauri isə turniri 7-ci yerdə başa vurub.

"Böyük Dəbilqə"nin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, bu gün isə Murad Fətiyev (90 kq) gümüş medala yiyələnib.

Azərbaycan medal əyarına görə ümumi hesabda və kişilər arasında dördüncü yeri tutub.

 

Digər xəbərlər