Cüdoçumuz ikinci oldu

Cüdoçumuz ikinci oldu
Digər
05 Fevral 2023 - 21:00

Supersport.Az-ın məlumatına görə, Fransanın paytaxtı Paris şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə 90 kq. çəki dərəsəsində yarışan cüdoçumuz Murad Fətiyev gümüş mükafat qazanıb. O, yarımfinalda Gürcüstan təmsilçisi Luka Maysuradzeni məğlub edərək finala yüksəlib. Murad həlledici qarşılaşmada niderlandlı Noel Van T End ilə qızıl medal uğrunda mübarizə aparıb. Təmsilçimiz əvvəlcə fəal olsa da, sonradan zəifləyərək uduzub.


Qeyd edək ki, yarışa 82 ölkədən 520 idmançı qatılıb.

Digər xəbərlər