Millidə dəyişiklik

Millidə dəyişiklik
Digər, Cüdo
31 Yanvar 2023 - 21:00

Supersport.Az xəbər verir ki, 4-5 fevralda Fransanın paytaxtı Paris şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirinə qatılacaq cüdo millimizin heyətində dəyişiklik olub.


-60 kq. çəki dərəcəsində çıxış etməli olan Kəramət Hüseynov zədələndiyi üçün milli yığmanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.




Kəramət Hüseynovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.


Digər xəbərlər