Bu gün Millətlər Liqasında qrup mərhələsinin 5-ci tura start veriləcək.
Supersport.Az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 oyun keçiriləcək.
C Liqasında Türkiyə Lüksemburqa uduzmasa, vaxtından əvvəl B Liqasına vəsiqə qazanacaq. Azərbaycan millisi C Liqasının 3-cü qrupunda Slovakiyaya qalib gəlsə, Qazaxıstan Belarusla matçın nəticəsindən asılı olmayaraq, qrupdan lider kimi çıxacaq və B Liqasına yüksələcək.
A Liqasında Danimarka Xorvatiyaya, Niderland isə Polşaya qalib gəlsə, finala vəsiqəni təmin edəcəklər.
Millətlər Liqası, qrup mərhələsi, 5-ci tur
22 sentyabr
A Liqası
1-ci qrup
22:45. Fransa – Avstriya
22:45. Xorvatiya – Danimarka
Xallar: Danimarka – 9, Xorvatiya – 7, Avstriya – 4, Fransa – 2
4-cü qrup
22:45. Polşa – Niderland
22:45. Belçika – Uels
Xallar: Niderland – 10, Belçika – 7, Polşa – 4, Uels – 1
C Lqası
1-ci qrup
22:45. Türkiyə – Lüksemburq
22:45. Litva – Farer adaları
Xallar: Türkiyə – 12, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0
3-cü qrup
18:00. Qazaxıstan – Belarus
22:45. Slovakiya – Azərbaycan
Xallar: Qazaxıstan – 10, Slovakiya – 6, Azərbaycan – 4, Belarus – 2
D Liqası
1-ci qrup
20:00. Latviya – Moldova
22:45. Lixtenşteyn – Andorra
Xallar: Latviya – 12, Moldova – 7, Andorra – 4, Lixtenşteyn – 0