Azərbaycan Slovakiyanı məğlub etdi

Azərbaycan Slovakiyanı məğlub etdi
Futbol
23 Sentyabr 2022 - 00:38
Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olub.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edib.

Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

Meydan sahiblərində cəzalı Yuray Kuçka, Azərbaycan komandasında isə Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyib.

Qrupun digər matçında Qazaxıstan seçməsi doğma meydanda Belarusu qəbul edib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qazaxıstan yığması xalını 13-ə çatdıraraq qrup liderliyini təmin edib. Bu ölkənin komandası növbəti mövsüm B Liqasında mübarizə aparacaq. Azərbaycan millisi slovaklara qalib gəlməklə xalını 7-yə çatdıraraq, qrupda ikinci pilləyə qalxıb.

22 sentyabr

UEFA Millətlər Liqası

V tur

22 sentyabr

22:45. Slovakiya – Azərbaycan 1:2 

Qollar: Erik Yirka, 90+3 (pen) - Renat Dadaşov, 44, Höccət Haqverdi, 90+5

Baş hakim: Vilyarm Kallum (Şotlandiya)

Trnava. Anton Malatinski stadionu

Slovakiya: 1. Marek Rodak, 7. Kristian Vallo, 5. Lübomir Şatka, 14. Milan Şkrinyar (k), 16. David Hançko, 21. Matuş Bero, 22. Stanislav Lobotka, 8. Laslo Beneş, 17. Martin Reqali, 9. Robert Bojenik, 18. Erik Yirka

Baş məşqçi: Françesko Kaltsona

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 6. Höccət Haqverdi, 21. Ozan Can Kökçü, 20. Riçard Almeyda, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

 

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Digər xəbərlər