Supersport.Az xəbər verir ki, Çempionlar Liqasına Avstriyada hazırlaşan “Qarabağ” bu gün Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Holştayn Kiel”lə qollu heç-heçəylə kifayətlənib. Oyunun ilk hissəsində Ağdam təmsilçisi Ramil Şeydayevin qolları ilə hesabda öndə olub. Fasilədən sonra rəqib iki qol vuraraq hesabı bərabərləşdirib. Oyun 2:2 yekunlaşıb.
29 iyun
Yoxlama oyunları
14:00. “Qarabağ” – “Holştayn Kiel” (Almaniya) – 2:2
Qollar: Ramil Şeydayev, 29 (1:0), 44-pen.(2:0), Philipp Sander 56 (2:1), Otschi Wriedt, 76-pen.
“Qarabağ”ın start heyəti: Luka Quqeşvili, Rahil Məmmədov, Marko Yankoviç, Ovusu Kvabena, Leandro Andrade, İsmayıl İbrahimli, Toral Bayramov, Musa Qurbanlı, Abbas Hüseynov, Bədavi Hüseynov, Ramil Şeydayev
Ağdam klubu ilk yoxlama oyununda “Botoşani”ni (Rumıniya) 4 cavabsız qolla məğlub edib.