"Qalatasaray"da istefa

"Qalatasaray"da istefa
Futbol
22 İyun 2022 - 00:20
Türkiyə "Qalatasaray"ı baş məşqçisi Domenek Torrentlə yollarını ayırıb.

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləni pozub.

60 yaşlı baş məşqçi ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Torrenti "Cim-Bom"un sabiq futbolçusu Okan Burukun əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Domenek Torrent bu ilin yanvarında "Qalatasaray"ın sükanı arxasına keçmişdi. Onun klubla 2023-cü ilin yayınadək müqaviləsi var idi.

Digər xəbərlər