"Cəbrayıl"ın final qələbəsi, "Xan Lənkəran"da göz yaşları - Video

"Cəbrayıl"ın final qələbəsi, "Xan Lənkəran"da göz yaşları - Video
Futbol, Video
21 May 2022 - 07:05
Supersport.Az-ın məlumatına görə, AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi müəyyənləşib.

Şamaxı şəhər stadionunda keçirilən final qarşılaşmasında "Cəbrayıl" və "Xan Lənkəran" komandaları üz-üzə gəlib. Həlledici oyunda rəqibi üzərində 1:0 hesablı qələbə qazanan Cəbrayıl komandası AFFA Region Liqasının 2021-2022-ci illər mövsümünün qalibi olub. Yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub. Son dəqiqələrdə Lənkəran təmsilçisindən Aqşin Paşazadə penaltidən yararlana bilməyib.


Üçüncü yer uğrunda oyunda "Qusar" və "Araz-Naxçıvan" komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Naxçıvan klubu bürünc medallara yiyələnib.

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə hakimlərə diplom və xatirə hədiyyələri verilib. "Cəbrayıl" komandasının üzvü Tapdıq Əhmədov mövsümün ən yaxşı oyunçusu kimi mükafatlandırılıb. Daha sonra müvafiq olaraq, "Araz-Naxçıvan", "Xan Lənkəran" və çempion "Cəbrayıl" komandasına medallar təqdim olunub.
Mükafatları AFFA-nın baş katibi Sərxan Hacıyev, qurumun vitse-prezidenti Vaqif Sadıqov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov təqdim ediblər.
Qeyd edək ki, "Cəbrayıl" komandası 2022-2023-cü illər mövsümündə ölkəmizi UEFA Region Liqasında təmsil edəcək.

 

Digər xəbərlər